Acarada fahişəlik üçün yer verməsi ittihamı ilə bir nəfəri saxlayıblar
Acarada fahişəlik üçün yer verməsi ittihamı ilə bir nəfəri saxlayıblar

 

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Çin vətəndaşı, 1988-ci il təvəllüdlü S.P. – ni fahişəlik üçün yer verməsi ittihamı ilə saxlayıblar.

“Hakimin hökmü əsasında həyata keçirilən gizli əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs fahişəliklə məşğul olan qadınlara Batumidə yerləşən masaj salonunda müəyyən məbləğdə pul müqabilində fahişəlik üçün sistemli şəkildə yer verirmiş” – DİN-də bildirirlər.

Polis hakimin hökmü əsasında S.P. – ni təqsirləndirilən şəxs qismində saxlayıb. Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə istintaq aparılır. Cinayət dörd ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.