Acarada daha 514 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı
Batuminin laboratoriyalarında koronavirus üzrə ötən gecə 514 şəxsi yoxladılar.
Acara Səhiyyə Nazirliyinin məumatına görə, testlərin hamısının cavabı mənfidir.
Gün ərzində həmçinin, Batumi qızdırma mərkəzlərinə yerləşdirilmiş 26 pasiyenti yoxlayacaqlar. Onların cavabı günün sonunda məlum olacaq.
Batumi Respublika Xəstəxanasında virusa yoluxan beş pasiyent qalır. Onların sağlamlıq vəziyyəti sabitdir.
Ümumilikdə, Acarada “PCR” testi cəmi 23 996 insana edildi. Bu vaxt üçün, karantində 2 075 insan qalır.