Acarada daha 319 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı
Acarada daha 319 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı

Batuminin laboratoriyalarında koronavirus üzrə ötən gecə 319 şəxsi yoxladılar.

Acara Səhiyyə Nazirliyinin məumatına görə, testlərin hamısının cavabı mənfidir.

Gün ərzində həmçinin, Batumi qızdırma mərkəzlərinə yerləşdirilmiş 35 pasiyenti yoxlayacaqlar. Onların cavabı günün sonunda məlum olacaq.

Batumi Respublika Xəstəxanasında virusa yoluxan beş pasiyent qalır. Onların sağlamlıq vəziyyəti sabitdir.

Ümumilikdə, Acarada “PCR” testi cəmi 24 315 insana edildi. Bu vaxt üçün, karantində 2 179 insan qalır.