Acara Təhsil Nazirliyinin məlumatına görə, məktəblərdə koronavirusun prevensiyası üçün lazımi tədbirlər görülür
Acara hökumətinin sədri, Tornike Rijvadze təhsil naziri ilə birlikdə Batuminin 10 saylı məktəbində oldu və sinif otaqlarında tədris prosesinin yeniləşməsi prosesi ilə tanış oldu.
Acara Təhsil Nazirliyinin məlumatına görə, məktəblər müvafiq dezinfeksiya mayeləri, maskalar, termoskrininq aparatları və dezobaryerlərlə təmin olunub.
Elə onların məlumatına görə, koronavirusun prevensiyası üçün lazımi tədbirlər görülür. Dərsliklərlə bütün məktəb şagirdləri təmin olunub. Birinci sinif şagirdləri və onların sinif rəhbərləri noutbuklar alacaqlar.
Acarada cəmi 63 472 şagird var, onlar arasında 6 239 birinci sinif şagirdidir.
Bütün ölkə miqyası ilə, özəl və dövlət məktəblərində tədris prosesi sinif otaqlarında bu gündən bərpa olundu.