Acara Səhiyyə Nazirliyinin məlumatına görə, bölgədə son 24 saat ərzində koronavirusdan 445 pasiyent sağaldı
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, bölgədə son 24 saat ərzində koronavirusdan 445 pasiyent sağaldı və koronavirusa yoluxmanın 337 yeni halı aşkar edildi.
Cəmi bölgədə koronavirusu artıq 22 525 pasiyent məğlub etdi.
Acara Səhiyyə Nazirliyinin məlumatına görə, bölgədə virusa yoluxmanın 5 961 aktiv halı qeydiyyata alınıb. Buradan 986 pasiyent klinikada müalicə olunur, 1767 – kovid-mehmanxanada, 3 208 insan isə, evdə həkimin müşahidəsi altında qalır.
Elə onların məlumatına görə, virusa yoluxan 38 pasiyent tənəffüs aparatına qoşulub.