Acara Səhiyyə Nazirliyi bölgədə epid-durum barəsində məlumat yayır.
İdarənin məlumatına görə, bu gün aşkar edilən hallardan bölgədə 263 hal təsdiq olundu.
Elə onların məlumatına əsasən, virusa yoluxan 467 insan müalicə olunaraq sağaldı və klinikanı 125 pasiyent tərk etdi.
Bu günə qədər Acarada koronavirusdan müalicə olunaraq 26 322 pasiyent sağalıb.
43 pasiyentin vəziyyəti kritik olaraq dəyərləndirilir. Onlar tənəffüs aparatına qoşulublar.
Klinikada müalicəsini 778 pasiyent davam etdirir, kovid-mehmanaxanada 1 268, onlayn klinikada isə, 2 916 qeydiyatdan keçib.