Acara polisi xüsusilə külli miqdarda narkotik vasitəni ələ keçirib - İki nəfər saxlanılıb
Acara polisi xüsusilə külli miqdarda narkotik vasitəni ələ keçirib - İki nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz, qrup halında əldə edilməsi və saxlanılması, satışına kömək və narkotik vasitənin həkim təyinatı olmadan qanunsuz istifadəsi faktları üzrə iki nəfəri: 1994-cü il təvəllüdlü T.K.-nı və 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.B.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə təqsirləndirilən şəxslərin üzərində, mənzil və avtomobilində axtarış zamanı həmçinin müxtəlif yerlərdən maddi sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitəni “Metadon”u ələ keçiriblər.

Təqsirləndirilən şəxslərin mənzilindən həmçinin, narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar, o cümlədən elektron tərəzilər ələ keçirilib.

İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvarta və 273-cü maddələri ilə aparılır.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.