Air Baltic hava şirkəti  Batumi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayır
Air Baltic hava şirkəti Batumi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayır

“TAV Georgia”-nın məlumatına görə, mayın 2-dən etibarən Air Baltic ilk dəfə olaraq Batumi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayacaq.

Latviya Milli Hava Yolları Airbus 220 təyyarəsi ilə həftədə iki dəfə Riqa-Batumiyə uçuşlar həyata keçirəcək.

Air Baltic Tbilisi Beynəlxalq Hava Limanında 2006-cı ildən fəaliyyət göstərir. Aviaşirkət yay mövsümündə həftədə dörd dəfə Riqaya uçuşlar həyata keçirir.