Ailənin yetkinlik yaşına çatmayan üzvünü nikaha məcbur etmək ittihamı ilə polis Kvemo Kartlidə bir nəfəri saxlayıb

12:55, 28.09.2026

Daxili İşlər Nazirliyinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailənin yetkinlik yaşına çatmayan üzvünü nikaha məcbur etmə ittihamı ilə bir nəfəri saxlayıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan nəvəsini gender ayrı-seçkiliyi zəminində, dözümsüzlük motivi ilə, öz iradəsinin əleyhinə kənddə yaşayan bir kişi ilə evlənməyə məcbur edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq tədbirləri nəticəsində qadın təqsirləndirilən şəxs qismində saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 11¹ və 150¹-ci maddələri ilə aparılır. Bu maddə dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar