Aİ-nin Rusiyanın mərkəzi bankına və aviasiyasına qarşı sanksiyaları qüvvəyə minib
Aİ-nin Rusiyanın mərkəzi bankına və aviasiyasına qarşı sanksiyaları qüvvəyə minib

Aİ-nin Rusiyanın mərkəzi bankına və aviasiyasına qarşı sanksiyaları qüvvəyə minib.

Avropa İttifaqının rəsmi jurnalında Rusiya təyyarələrinin Aİ hava məkanı üzərində uçuşunu, eləcə də mərkəzi bankın ehtiyatları ilə bağlı əməliyyatları qadağan edən fərman dərc olunub.

Dünən Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər. Xüsusilə, Aİ hava məkanı Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr, o cümlədən şəxsi təyyarələr üçün tamamilə bağlanacaq.

Bundan əlavə, Aİ Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib və onun aktivlərini müsadirə edib. Rusiyanın dövlət mediası olan “Rasha Today” və “Sputnik” də Aİ ərazisində qadağan edilib.

Bundan əlavə, Avropa İttifaqı Şurası Ukrayna üçün 450 milyon avro dəyərində silahlar alacaq.