Ahmed al-Şaraa - ABŞ Prezidenti İsrail qoşunlarının Suriyadan çıxmasını dəstəkləyir
ABŞ Prezidenti İsrail qoşunlarının Suriyadan çıxmasını dəstəkləyir – bu haqda Suriyanın lideri Ahmed al-Şaraa “Washington Post”a müsahibəsində deyib.
Suriya Prezidenti ölkəsinin İsraillə birbaşa danışıqlar apardığını və razılaşmaya nail olmaq üçün kifayət qədər uzun yol qət etdiklərini, lakin yekun razılaşmaya nail olmaq üçün İsrailin dekabrın 8-nə qədər olan sərhədlərinə qayıtmalı olduğunu bildirib.
“Amerika Birləşmiş Ştatları bu danışıqlarda bizimlədir və bu baxımdan perspektivimiz bir çox beynəlxalq tərəflər tərəfindən dəstəklənir. Bu gün biz cənab Trampın da perspektivimizi dəstəklədiyini və bu məsələni mümkün qədər tez həll etməyə çalışacağını müəyyən etdik” – Ahmed al-Şaraa qeyd edib.
Suriyanın lideri iddia edib ki, İsrailin Suriyadakı hərəkətləri onların təhlükəsizlik narahatlıqları ilə deyil, ekspansionist ambisiyaları ilə bağlıdır.