Ağırlıqqaldırma | Saba Asanidze Avropa çempionatında çıxışını dördüncü yerdə başa vurub #1TVSPORT
Ağırlıqqaldırma | Saba Asanidze Avropa çempionatında çıxışını dördüncü yerdə başa vurub #1TVSPORT

 

Gürcüstan yığmasının üzvü Saba Asanidze 89 kq çəki dərəcəsində Moldovada davam edən ağır atletika üzrə Avropa çempionatında mübarizə aparıb.

Gürcü ağır atlet altı cəhdin hamısından uğurla istifadə etdi – birdən qaldırma hərəkətində 150/154/158 kq, təkanla qaldırma hərəkətində isə 185/191/194 kq-ı başı üzərinə qaldırdı, toplamda 352 kq nəticəyə imza atdı və dördüncü yerdə qərarlaşdı.

Xatırladaq ki, Avropa çempionatında gürcü ağır atletlərin hesabında beş medal var – qitə birinciliyinin mükafatçıları Ramin Şamilişvili (iki bürünc) və Qoderdzi Berdelidze (bir bürünc, iki gümüş) oldu.

Aprelin 19-da üç gürcü ağır atlet planka üzərinə çıxacaq – saat 17:00-da qadınlar arasında Natia Qadelia (81 kq) mübarizə aparacaq, saat 20:00-dan etibarən isə 96 kq çəki dərəcəsində medal qazanmaq üçün Revaz Davitadze və İrakli Qobecişvili çalışacaqlar.

Birinci Kanal İdman ağır atletika üzrə Avropa çempionatının birbaşa reportajlarını sizlərə təqdim edir.