Agile Spirit 2021 çərçivəsində Gürcüstan-Ukrayna birgə sahə təlimi keçirildi.
Agile Spirit 2021 çərçivəsində Gürcüstan-Ukrayna birgə sahə təlimi keçirildi.
Müdafiə Nazirliyinin məlumatına görə, yüzlük səviyyəli təlimləri Axalsixedə, Orfolo poliqonunda keçirildi. Gürcüstan müdafiə qüvvələrinin üçüncü piyada briqadasının 31-ci batalyonu və Ukrayna dəniz piyada batalyonunun desant bölmələrinin hərbi xidmətçiləri əks-hücum əməliyyatını həyata keçirdilər.
“İmmitasiya olunmuş ssesnariyə əsasən gürcü və ukraynalı hərbçilərinin məqsədi qarşı tərəfə əks-hücum və neytrallaşdırma, tibbi təxliyyə, geri çıxmaq və toplantı rayonun tutulması idi. Təlimə mühəndis, artileriya, tank piyadaların zirehli döyüş maşınları komponentləri qoşulmuşdu, o cümlədən “Delta” tərəfindən sitehsal olunmuş gürcü zirehli texnikası – “Didqori Meomeri” və “Didqori Medavaki”. Birgə təlimlərin məqsədi bölmələr arasında texniki səviyyədə ikitərfli uyğunluluğun yüksəldilməsi, çoxmilli mühitdə əməliyyatların planlaşdırılması və icrası zamanı operativ imkanların mükəmməlləşdkirməsi və gücləndirilməsi idi.
Agile Spirit 2021 fəal fazada keçirilir. Çoxmilli təlimə NATO-nun 15 üzv və partnyor ölkəsi qoşulub. Təlimin komanda-qərargah hissəsi başa artıq başa çatdı, sahə təlimləri isə, 6 avqustda Orfolo poliqonunda nümayiş təlimlə başa çatdırılacaq”, – Müdafiə Nazirliyində bəyan edirlər.