Ağ Evin nümayəndəsi – Donald Trampın Cey Di Vensin seçkilərdə respublikaçıların məğlubiyyətinin əsas səbəbi kimi İranla müharibəni göstərdiyi paylaşımı ilə bağlı heç bir problemi olmayıb

22:23, 05.11.2026

 

Ağ Evin nümayəndəsinin bəyanatına əsasən, Donald Trampın vitse-prezident Cey Di Vensin aralıq seçkilərində respublikaçıların məğlubiyyətinin əsas səbəbi kimi İranla müharibəni göstərdiyi paylaşımı ilə bağlı “heç bir problemi” olmayıb.

Bununla yanaşı, Ağ Evin nümayəndəsi “BBC”yə Donald Tramp ilə Cey Di Vens arasında fikir ayrılığının olmadığını və ABŞ Prezidenti ilə onun komandasının paylaşım edilməmişdən əvvəl onun məzmunundan məlumatlı olduqlarını bildirib.

Rəsmi şəxsin sözlərinə əsasən, Trampın “bununla bağlı heç bir problemi olmayıb”, buna görə də o, oxşar məzmunlu mətnin dərc olunmasını dəstəkləyib.

Məlumat üçün bildirək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens sosial şəbəkədə seçkilərdə respublikaçıların məğlubiyyət səbəbinin İrandakı müharibə olduğunu yazıb. Onun sözlərinə əsasən, məğlubiyyətin səbəbi arasında bir sıra digər məsələlər, o cümlədən yüksək yaşayış xərcləri və ABŞ-nin İsraillə münasibətləri də var.

Bununla yanaşı, Donald Tramp İranla müharibənin Respublikaçılar Partiyasının aralıq seçkilərindəki məğlubiyyətinə böyük ehtimalla təsir göstərdiyini bildirib, lakin qeyd edib ki, hərbi əməliyyatların başladılması ilə bağlı eyni qərarı yenə də qəbul edərdi.

Oxşar