Ağ Evin nümayəndəsi - Co Bayden Vaşinqton və Moskva arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək qərarlar qəbul etməyi planlaşdırmır
Ağ Evin nümayəndəsi - Co Bayden Vaşinqton və Moskva arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək qərarlar qəbul etməyi planlaşdırmır

ABŞ prezidenti, Co Bayden Vaşinqton və Moskva arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək qərarlar qəbul etməyi planlaşdırmır, – bu barədə ABŞ Prezident administrasiyasının kommunikasiyalar üzrə direktoru, Keyt Bedinqfild bəyan etdi.

Ağ Evin nümayəndəsinin dediyinə görə, ölkə prezidenti Ukraynaya nə göndərəcəyinə qərar verərkən iki faktoru nəzərə alır.

Bedfildfildin sözlərinə görə, birincisi, Ukrayna silahlı qüvvələri üçün nəyin ən effektiv və faydalı olduğuna dair hərbi qiymətləndirmələrdir.

Onun sözlərinə görə, ikinci faktor Baydenin “ABŞ ordusu ilə Rusiya silahlı qüvvələri arasında birbaşa münaqişəyə can atmamasıdır”.

Bununla yanaşı, Ağ Evin müşaviri vurğuladıki, “ABŞ-ın Ukraynaya hərbi yardımının həcmi və miqyası misilsizdir”.

“Biz Ukrayna ilə onlara öz suverenliklərini və təhlükəsizliyini qorumağa necə yardım etmək barədə daimi müzakirələr aparırıq, lakin hazırda danışa biləcəyim təhlükəsizlik zəmanətləri ilə bağlı konkret təfərrüatlar yoxdur”, – Keyt Bedinqfild qeyd etdi.