Ağ Evin mətbuat katibi – Yeni ticarət rüsumlarının elan edilməsi müasir Amerika tarixində ən mühüm günlərdən biri olacaq
Ağ Evin mətbuat katibi Kerolayn Livit, yeni ticarət rüsumlarının elan edilməsinin “müasir Amerika tarixində ən mühüm günlərdən biri” olacağını bildirib. Bununla yanaşı, Ağ Evin mətbuat katibi rüsumların aprelin 2-dən qüvvəyə minəcəyini təsdiqləyib.
Livit jurnalistlərlə rüsumların artıq müsbət təsir göstərdiyinin sübutu kimi ABŞ-a qoyulan son dövrlərdəki xarici investisiyalardan danışıb.
“Prezident Trampın rəhbərliyi altında amerikalı işçilər və bizneslər seçki kampaniyası zamanı sizə söz verdiyi kimi, birinci yerdə olacaq” – Ağ Evin mətbuat katibi bildirib.
Kerolayn Livitin izah etdiyi kimi, Donald Tramp hazırda ticarət və rüsum məsələləri üzrə komanda ilə birlikdə sabahkı bəyanat üzərində işləyir. Jurnalistin xarici liderlərin rüsumları aradan qaldırmaq üçün edə biləcəyi bir şey varmı sualına, Livit cavabında Trampın hər zaman telefon zənginə və ya danışıqlara hazır olduğunu deyib.