Ağ Evin mətbuat katibi ukraynalı qaçqınların müvəqqəti statusunun ləğvi planı haqda məlumatı yalan xəbər adlandırır və hazırda qərarın qəbul edilmədiyini bildirir

21:43, 06.03.2025

 

Ağ Evin mətbuat katibi Kerolayn Levit ukraynalı qaçqınların müvəqqəti hüquqi statusunun ləğvi planı haqda “Reuters” tərəfindən yayılmış məlumatı yalan xəbər adlandırır. Bu haqda o, X sosial şəbəkəsində yazıb.

Ağ Evin nümayəndəsinin yazdığı kimi, hazırda əslində heç bir qərar qəbul edilməyib.

“Bu, nə danışdıqları barədə heç bir fikri olmayan anonim mənbələrə istinadən edən “Reuters”dən növbəti yalan xəbərdir. Həqiqət budur ki, hazırda heç bir qərar qəbul edilməyib” – Kerolayn Levit yazır.

Daha əvvəl “Reuters” öz mənbələrinə istinadən yazmışdı ki, Donald Tramp administrasiyası müharibədən qaçan 240 minə qədər ukraynalının müvəqqəti hüquqi statusunu əlindən almağı planlaşdırır, bu da ola bilsin onların sürətlə deportasiyasına səbəb olsun. Media vasitəsinin məlumatına əsasən, ukraynalıların hüquqi müdafiəsini ləğv etmək tədbiri Co Bayden administrasiyası dövründə humanitar proqramlar çərçivəsində Amerika Birləşmiş Ştatlarına daxil olmasına icazə verilən 1,8 milyon miqrantın hüquqi statusunun əlindən alınması planının bir hissəsi olacaq. Donald Tramp administrasiyası hələ Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında ictimai sözlü qarşıdurma baş verməmişdən əvvəl bu tədbiri görməyi planlaşdırırdı.

Oxşar