Ağ Evin mətbuat katibi – Rüsumlar danışıqlar predmeti deyil, prezident Trampa etibar edin

19:16, 03.04.2025

 

Prezident Trampa etibar edin – ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levit ABŞ-da fond birjası indekslərinin azalması ilə bağlı verilən suala belə cavab verib.

Ağ Evin mətbuat katibi, Trampın aprelin 5-də qüvvəyə minməzdən əvvəl rüsumlardan hər hansı birini yenidən nəzərdən keçirə bilib-bilməyəcəyi ilə bağlı suala cavab olaraq, rüsumların danışıqlar predmeti olmadığını deyib.

“O, zənglərə cavab vermək üçün telefonu götürməyə hər zaman hazırdır, lakin dünən bunu niyə etdiyimizi müəyyənləşdirdi” – Kerolayn Levit bildirib.

ABŞ fond birjaları enişlə açılıb. “Dow Jones” indeksi 2,8 faiz, “S&P” 3,3 faiz, texnoloji “Nasdaq” isə 4,4 faiz azalıb. Eyni zamanda, böyük şirkətlərin dəyəri də azalıb, o cümlədən “Nike” bir anda 11%, “Amazon” 7%, “Apple” 9%, “Harley Davidson” isə 4.5% düşüb. Bu məlumatlara əsasən, media vasitələri qeyd edirlər ki, səhmlərin dəyəri gün ərzində yaxşılaşa bilər və eniş davamlı olmaya bilər.

Oxşar