Ağ Evin mətbuat katibi, Kelli Makenanidə koronavirus təsdiq olundu
Ağ Evin mətbuat katibi, Kelli Makenanidə koronavirus təsdiq olundu

Ağ Evin mətbuat katibi, Kelli Makenanidə koronavirus təsdiq olundu. Bu barədə Makenani “tvitter” sosial şəbəkəsində yazır. Onun dediyinə görə, hazırda simptomları qeydə alınmır.

“Müsbət test cavabından sonra, mən karantin prosesinə başlayıram və Amerika xalqı üçün işimi distansiyalı rejimdə davam etdirirəm”, – Ağ Evin mətbuat katibi yazır.

Xatırladaq ki, ötən həftə koronavirus ABŞ prezidenti, Donald Tramp və birinci xanım, Melaniya Trampda təsdiq olundu.