Ağ Evin mətbuat katibi – Faydalı qazıntılar haqqında Ukrayna ilə imzalanmış razılaşma, Donald Trampın sövdələşmələr üzrə baş ustad olduğunun sübutudur
Ağ Evdə, faydalı qazıntılar haqqında Ukrayna ilə imzalanmış razılaşmanın, Donald Trampın sövdələşmələr üzrə baş ustad olduğunun sübutu olduğunu bildiriblər.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib.
Kerolayn Levit faydalı qazıntılar haqqında imzalanmış razılaşmanı tarixi adlandırıb və bunun Ukraynanın bərpasına və uzunmüddətli iqtisadi uğura yönələcək unikal iqtisadi tərəfdaşlığın əsasını qoyacağını bildirib.
“Prezident Tramp əvvəldən açıq şəkildə dedi ki, bu qanlı və amansız müharibəyə son qoymağa can atacaq. Bu razılaşma ABŞ Prezidentinin həqiqi və davamlı sülhün əldə edilməsində nə qədər maraqlı olduğunu göstərir” – Kerolayn Levit bildirib.
Məlumat üçün bildirək ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılar haqqında razılaşma aprelin 30-da imzalanıb və o, birgə investisiya fondunun yaradılmasını nəzərdə tutur.