Ağ Evin administrasiyasının rəhbərinin müavini - Qrenlandiyaya görə heç kim ABŞ-la hərbi qarşıdurmaya girməyəcək, o, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmalıdır
Qrenlandiya Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmalıdır – bu haqda Ağ Evin administrasiyasının rəhbərinin müavini Stiven Miller deyib.
Stiven Miller bunun hərbi güc tətbiqini tələb edəcəyini düşünmür.
Ağ Evin administrasiyasının rəhbərinin müavininin qeyd etdiyi kimi, Qrenlandiyaya görə heç kim Amerika Birləşmiş Ştatları ilə hərbi qarşıdurmaya girməyəcək.
“Əsl sual odur, Danimarka hansı hüquqla Qrenlandiya üzərində nəzarəti təsdiqləyir? Onların ərazi iddiasının əsası nədir? Qrenlandiyanın Danimarka müstəmləkəsi olmasının əsası nədir? ABŞ NATO gücüdür. ABŞ-nin Arktika bölgəsinin təhlükəsizliyini təmin etməsi, NATO və NATO-nun maraqlarını qoruması üçün Qrenlandiyanın Amerika Birləşmiş Ştatlarının bir hissəsi olması aydındır” – Miller bildirib.