Ağ Evə yaxın ərazidə Milli Qvardiyanın iki hərbçisi atəşli silahla yaralanıb
Ağ Evə yaxın ərazidə Milli Qvardiyanın iki hərbçisi atəşli silahla yaralanıb

Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki hərbçisi atəşli silahla yaralanıb.

Media məlumatına görə, yaralıların vəziyyəti barədə detallər hələlik məlum deyil.

Polisdə bildirilib ki, şübhəli şəxs saxlanılıb və hadisə yeri təhlükəsizdir.

Ağ Evin mətbuat katibi Kerolin Levitt qeyd edib ki, Donald Tramp hadisə barədə məlumatlandırılıb.

Medianın yazdığına görə, ABŞ prezidenti Donald Tramp atışma zamanı Uest Palm Biçdəki qolf meydanında olub.