Ağ Evdə Vaşinqtonun Tehranla danışıqların yeni raundunu planlaşdırdığını təsdiqləmirlər
Ağ Evdə Vaşinqtonun Tehranla danışıqların yeni raundunu planlaşdırdığını təsdiqləmirlər.
Ağ Evin mətbuat katibi Kerolain Levit Donald Tramp administrasiyasının qırmızı xətlərini açıq şəkildə ifadə etdiyini bildirib.
Levit Trampın dəniz blokadasına görə “İranın razılaşmaya nail olmaq üçün istəyinin yalnız artıracağını” izah edib.
Məlumat üçün bildirək ki, İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqların ilk raundu 21 saatlıq müzakirədən sonra uğursuz başa çatıb.
Buna baxmayaraq, Donald Tramp jurnalistlərə qarşı tərəfin Amerika Birləşmiş Ştatları ilə əlaqə saxladığını bildirib. O, İranın razılaşma istədiyini deyib.