Ağ Evdə, Trampın administrasiyasının təsadüfən jurnalisti hərbi planların müzakirə edildiyi qrup çatına əlavə etdiyini təsdiqləyirlər

10:35, 25.03.2025

 

Trampın administrasiyası təsadüfən jurnalisti hərbi planların müzakirə edildiyi qrup çatına əlavə edib. Ağ Ev hadisəni rəsmi olaraq təsdiqləyib.

“The Atlantic” jurnalının redaktoru Cefri Qoldberq məqalə dərc edərək, aldığı məlumatın doğruluğuna əvvəlcə inana bilmədiyini qeyd edib.

Qrup çatında vitse-prezident Cei Di Vens və müdafiə naziri Pit Heqset də daxil olmaqla ABŞ Prezidenti Donald Trampın kabinetinin bir neçə üzvü olub.

“ABŞ-nin Milli Təhlükəsizlik rəhbərliyinin yaxınlaşan hərbi planlar haqqında çatda müzakirə apardığına inana bilmirdim” – Qoldberq qeyd edib.

Qoldberq bildirib ki, onu Yəməndə “Husi”lərə qarşı hava hücumu planlarının müzakirə edildiyi qrup çatına əlavə ediblər. Martın 15-də ABŞ “Husi”lərə qarşı hücum həyata keçirib, jurnalist hücumdan bir neçə saat əvvəl bu haqda məlumata malik olduğunu bildirib. Əvvəlcə məlumatın doğruluğuna inanmaqda çətinlik çəkməsinə baxmayaraq, Yəməndə ABŞ-nin hava hücumları haqqında xəbər çıxandan sonra bunun doğru olduğunu başa düşüb.

Ağ Evdə keçirilən kabinet görüşündə jurnalistlər bununla bağlı Donald Trampdan soruşdular, lakin ABŞ Prezidenti bu barədə heç nə bilmədiyini dedi.

Oxşar