Ağ Evdə, İranın yaxın gələcəkdə İsrailə qarşı ballistik raketlərlə hücuma hazırlaşdığını bildirirlər

19:43, 01.10.2024

 
İran yaxın gələcəkdə İsrailə qarşı ballistik raketlərlə hücuma hazırlaşır. Bu haqda məlumatı Ağ Evin nümayəndəsinə istinadən “CNN” yayır.

Medianın məlumatında, İsrailə hücumun nə vaxt həyata keçiriləcəyi ilə bağlı dəqiq tarixin konkretləşdirilmədiyi deyilir.

“İran tərəfindən İsrailə qarşı birbaşa hərbi hücum İran üçün ağır nəticələrə səbəb olacaq” – Ağ Evin nümayəndəsi bildirir.

Yüksək rütbəli rəsmi bildirir ki, ABŞ İsraili gözlənilən hücumlardan özünü qorumaq üçün dəstəkləyir və ona kömək etməyə hazırdır.

Oxşar