Ağ Evdə görüşün gözləntisində - Zelenski Trampla görüşmək üçün avropalı liderlər ilə birlikdə gedəcək

 

Ağ Evdə planlaşdırılan görüşə hazırlıq – Volodimir Zelenski Vaşinqtonda Donald Trampla görüşmək üçün avropalı tərəfdaşlar ilə birlikdə yollanır.

Alyaskada ABŞ və Rusiya prezidentlərinin görüşü və Vladimer Putin tərəfindən irəli sürülən tələblər danışıqlarda əsas müzakirə mövzusu olacaq.

Mətbuatda yayılan məlumatlara əsasən, Putin Donetsk vilayətinin tamamilə güzəştə gedilməsini tələb edir, qarşılığında isə hazırda nəzarət etdiyi Xarkov və Sumi vilayətlərinin kiçik ərazilərini Ukraynaya qaytaracaq, həmçinin Xerson və Zaporojiedə cəbhə xəttini donduracaq.

Ərazilərin Rusiyaya verilməsi Volodimir Zelenski üçün qırmızı xəttdir. Trampın özü Rusiya ilə əlaqədar böyük irəliləyiş elan edir və Alyaskada keçirilən sammitin əla olduğunu bildirir.