Ağ Evdə Donald Trampın mayda Səudiyyə Ərəbistanına gedəcəyini təsdiqləyirlər

22:57, 01.04.2025

 

Ağ Evdə ABŞ Prezidenti Donald Trampın mayda Səudiyyə Ərəbistanına gedəcəyini təsdiqləyirlər.

Ağ Evin mətbuat katibi Kerolayn Livitin bəyan etdiyi kimi, konkret tarix də daxil olmaqla, səfərin təfərrüatları hələ də müzakirə olunur və daha sonra bilinəcək.

Səudiyyə Ərəbistanı Donald Trampın vəzifəni tutmasından sonra rəsmi səfər edəcəyi ilk ölkə olacaq.

Bununla yanaşı, Rusiya tərəfi Səudiyyə Ərəbistanını Donald Tramp və Rusiya Prezidenti Vladimer Putin arasında potensial görüş üçün mümkün yerlərdən biri kimi nəzərdən keçirir.

Donald Trampın özü az əvvəl bəyan edib ki, ehtimal ki, “yaxın gələcəkdə” Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Oxşar