Ağ Evdə Donald Trampın ABŞ qoşunlarını Qəzzaya yerləşdirmək haqda öhdəlik götürmədiyini bildirirlər
Donald Tramp ABŞ qoşunlarını Qəzzaya yerləşdirmək haqda öhdəlik götürməyib – bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib.
Levitin sözlərinə əsasən, prezident hesab edir ki, Amerika Birləşmiş Ştatları “regionda sabitliyi təmin etmək üçün” Qəzza sektorunun yenidən qurulmasında iştirak etməlidir.
“Prezident qoşun göndərmək haqda öhdəlik götürməyib. Gəlin bir addım geri çəkilək, çünki bu, qeyri-standart ideyadır. Prezident Tramp belədir. Məhz buna görə Amerika xalqı onu seçdi. Onun məqsədi regionun bütün sakinləri üçün Yaxın Şərqdə sülhün bərqərar olmasıdır. Prezident açıq şəkildə bəyan etdi ki, region ölkələrindən fəal hərəkət və fələstinli qaçqınların qəbul edilməsini gözləyir. Baş nazir Benyamin Netanyahunun prezidentin bəyanatından xəbəri olub-olmamasına gəlincə, – bəli, o, bilirdi. Mən onun reaksiyasını görməmişəm, lakin bu ideya prezidentin üzərində çox düşündüyü bir şeydir” – Levit qeyd edib.