Ağ Evdə Donald Tramp və Benyamin Netanyahunun görüşü keçirilir
Ağ Evdə Donald Tramp və Benyamin Netanyahunun görüşü keçirilir

 

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun görüşü keçirilir.

Liderlər görüşdən əvvəl mediaya şərh verməyiblər.

Görüşün əsas mövzusunun ABŞ-nin İranla danışıqları olacağı ehtimal olunur.

Xarici media yazır ki, Benyamin Netanyahu bundan əvvəl İsrailin İranla danışıqlar məsələsindəki “prinsiplərini” Donald Trampa təqdim edəcəyini bildirib.

İsrailin Baş naziri ABŞ dövlət katibi Marko Rubio ilə artıq görüşüb. Benyamin Netanyahu sənəd imzalayıb və bununla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın “Sülh Şurası”na rəsmi olaraq qoşulub.