Ağ Evdə bəyan edirlkər ki, Kaxovka bəndinin dağılmasına nəyin səbəb olduğunu hələlik dəqiqliklə və əminliklə deyə bilmirlər
Ağ Evdə bəyan edirlkər ki, Kaxovka bəndinin dağılmasına nəyin səbəb olduğunu hələlik dəqiqliklə və əminliklə deyə bilmirlər. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi, Con Kirbi bəyanat verdi.
Onun dediyinə görə, ABŞ hakimiyyəti Ukrayna hökuməti ilə əməkdaşlıq edərək nə baş verdiyini müəyyən etməyə çalışır.
Bənd partlayışının cəbhə xəttindəki vəziyyətə necə təsir edəcəyinə sual verdikdə, Kirbi bunu demək üçün hələ tez olduğunu bildirdi.
Ukrayna Kaxovka su elektrik stansiyasının bəndini qəsdən partlatmaqda obyektə nəzarət edən rus hərbçilərini günahladırır. Moksvada bəyan edirlər ki, bənd Ukraynalılar diversiyası nəticəsində partladı.
Ukraynanın BMT-dəki daimi nümayəndəsinin məlumatına görə, Ukraynanın təşəbbüsü ilə, Kaxovka bəndinin partladılması məsələsi yaxın bir neçə saat ərzində BMT Təhlükəsizlik Şurasının sessiyasında müzakirə olunacaq.