Ağ Evdə bəyan edirlər ki, Baydenin şəxsi evində qonaqların qeydiyyatı siyahısı mövcud deyil
Ağ Evdə bəyan edirlər ki, Baydenin şəxsi evində qonaqların qeydiyyatı siyahısı mövcud deyil

Ağ Evdə bəyan edirlər ki, Baydenin şəxsi evində qonaqların qeydiyyatı siyahısı mövcud deyil. Baydenin Delaver ştatındakı evində məxfi sənədlərin aşkarlanmasından sonra qonaqların qeydiyyat siyahısının dərc olunmasını Respublikaçılar tələb etdilər.

Ağ Evdə dedilər ki, prezidentlərin şəxsi evlərinə kimin baş çəkdiyini öyrənmək standart təcrübəsi mövcud deyil.

“Prezident Baydenin məxfi materiallardan sui-istifadə etməsi, onun milli təhlükəsizliyimizi təhlükə altına alıb-almaması sualını doğurur. Onun iqamətgahını ziyarət edənlərin siyahısı olmadan, Amerika xalqı heç vaxt bilməyəcək ki, bu yüksək həssas sənədlərə kimin əlçatarlığı olub”, – ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri, respublikaçı Ceyms Komer bəyan etdi.