Ağ Evdə avqustun 1-dən ABŞ-a idxal edilən mallar üçün yeni rüsumların qüvvəyə minəcəyini bildirirlər
Avqustun 1-dən ABŞ-a idxal edilən mallar üçün yeni rüsumlar qüvvəyə minəcək, bu da ölkənin gəlirlərini daha da artıracaq. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit jurnalistlərlə söhbətində deyib.
Kerolayn Levit brifinqdə qeyd edib ki, Ağ Evin ticarət və rüsumlar komandası ilə 200-dən çox ölkə əlaqə saxlayıb və xarici liderlər Amerika Prezidentinə müddət bitənə qədər yeni razılaşmalar təklif edirlər. Levitin izahatına əsasən, müddət bitənə qədər, yəni bir neçə saata əlavə razılaşmalar imzalana bilər.
Bununla yanaşı, Levit Donald Trampın Avropa İttifaqı ilə ticarət sazişi imzaladığını bildirib, bu da 2028-ci ilin sonuna qədər Amerikaya milyardlarla dollar investisiya gətirəcək. Rüsumlarla əlaqədar hələlik razılaşma əldə olunmayan ölkələrlə bağlı suala cavabında Levit Donald Trampın komandasının bu gün bu məsələni müzakirə edəcəyini və əlavə göstərişləri daha sonra dərc edəcəklərini qeyd edib.