Ağ Evdə Amerika Birləşmiş Ştatlarının girovlarla bağlı “HƏMAS”la danışıqlar apardığını təsdiqləyirlər

11:04, 06.03.2025

 
Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Qəzzada saxlanılan girovlarla bağlı “HƏMAS”la danışıqlar apardığını təsdiqləyirlər.

Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlərə danışıqlar başlamazdan əvvəl İsraillə məsləhətləşdiyini bildirib.

“Prezident Tramp inanırdı ki, bunu etmək Amerika xalqının maraqlarına uyğundur” – Levit bildirib.

Xatırladaq ki, bundan əvvəl “Reuters” agentliyi anonim mənbəyə istinadən məlumat yaymışdı ki, ABŞ administrasiyası Qəzzada olan amerikalı girovların azad edilməsi ilə bağlı “HƏMAS”la gizli danışıqlar aparır. Agentliyin mənbələrinin verdiyi məlumata əsasən, ABŞ-nin xüsusi nümayəndəsi Adam Biuler son həftələr ərzində Qətərin paytaxtı Dohada “HƏMAS”la birbaşa danışıqlar aparırdı.

Oxşar