Ağ Ev təsdiqləyir ki, jurnalist həqiqətən də milli təhlükəsizlik komandasının Yəməndə “Husi”lərə qarşı hava zərbələrinin planlarını müzakirə etdiyi qrup söhbətinə əlavə edilmişdi

13:39, 25.03.2025

 

Ağ Ev təsdiqləyir ki, jurnalist həqiqətən də milli təhlükəsizlik komandasının Yəməndə “Husi”lərə qarşı hava zərbələrinin planlarını müzakirə etdiyi qrup söhbətinə əlavə edilmişdi. Ağ Evdə hadisənin necə baş verdiyini araşdırdıqlarını bildirirlər.

“Yayılan bildiriş görünür həqiqidir. Biz təsadüfi nömrənin yazışmaya necə əlavə edildiyini araşdırırıq” – Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hiuz bildirib.

Məlumat üçün bildirək ki, “The Atlantic” jurnalının redaktoru Cefri Qoldberq qalmaqallı məqaləsində Tramp administrasiyasının üzvlərinin Yəməndə “Husi”lərə qarşı hava zərbələrinin planlarını müzakirə etdiyi “Signal” çatına təsadüfən necə əlavə edildiyini bildirib.

Yayılmış məlumata əsasən, çatın iştirakçıları məxfi məlumatı dərc edirlərmiş və Trampın özü “The Atlantic”in məqaləsi və insidentlə bağlı “heç nə bilmədiyini” deyib. Bununla yanaşı, ABŞ-nin müdafiə katibi Pit Heqset Tramp administrasiyası üzvlərinin hərbi planlarla bağlı yazışmalarının olmadığını açıqlayıb.

Oxşar