ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Pakistana planlaşdırılan səfəri ləğv edilib. Bu barədə məlumatı Ağ Ev təsdiqləyib.
Vensin İslamabada səfəri 22 aprel tarixinə nəzərdə tutulmuşdu və məqsəd İran tərəfi ilə razılaşmanın əldə olunması idi.
“Ağ Ev şəxsi görüşlərlə bağlı hər hansı növbəti yeniləməni özü elan edəcək”, – deyə Ağ Evin nümayəndəsi “BBC”yə bildirib.
Bu məlumat ABŞ prezidenti Donald Trampın İranla atəşkəs rejiminin uzadılması barədə qərar qəbul etməsindən sonra yayılıb.