Ağ Ev sosial şəbəkədə Donald Trampın şəklini “Tramp hələ də sizin prezidentinizdir” yazısı ilə paylaşıb

22:41, 04.11.2026

 

ABŞ-də keçirilən aralıq seçkilərindən sonra Ağ Ev sosial şəbəkədə Donald Trampın şəklini “Tramp hələ də sizin prezidentinizdir” yazısı ilə paylaşıb.

Xarici medianın yazdığı kimi, bu paylaşımla Ağ Ev Kommunikasiyalar direktoru Stiven Çunqun bu gün səhər Donald Trampın hələ də ABŞ Prezidenti olduğunu qeyd etdiyi bəyanatını təkrarlayır.

ABŞ-də səslərin sayılması hələ də davam edir. Hazırda mövcud olan göstəricilərə əsasən, ABŞ Konqresinin hər iki palatasında çoxluğu demokratlar əldə edirlər.

Oxşar