Ağ Ev – Rusiya neftinin qlobal qiymət məhdudiyyəti Putinin müharibə büdcəsi üçün gəlir mənbəyini əhəmiyyətli dərəcədə azaldacaq
Rusiya neftinin qlobal qiymət məhdudiyyəti Putinin müharibə büdcəsi üçün gəlir mənbəyini əhəmiyyətli dərəcədə azaldacaq, – bu barədə Ağ Evin mətbuat katibi, Karin Jan-Piyer brifinqdə bəyan etdi.
Ağ Ev nümayəndəsinin bəyan etdiyinə görə, Rusiya neftinin qiymətinə yuxarı hədd qoyulması qərarı həm də neftin enerji bazarına daha ucuz qiymətə daxil olmasını təmin edəcək.
“Qlobal neft qiymətinin yuxarı həddi bizə iki məqsədə nail olmağa imkan verəcək. Birincisi – Putinin müharibə büdcəsi üçün gəlir mənbəyini əhəmiyyətli dərəcədə azaldacaq. İkincisi – eftin enerji bazarına daha ucuz qiymətə daxil olmasını təmin edəcək. Qiymətin yuxarı həddini tətbiq etmək səylərimiz artıq öz bəhrəsini verməkdədir. Hesabatlar göstərir ki, Rusiya artıq bəzi ölkələrə 30 faizə qədər əhəmiyyətli endirimlər və uzunmüddətli müqavilələr təklif edir”, – Karin Jan-Piyer bəyan etdi.
Xatırladırıq ki, “Financial Times”-ın yazdığına görə, “Böyük Yeddilik” ölkələrinin maliyyə nazirləri Rusiya xam neftinə qiymət məhdudiyyətinin dekabrın 5-dən, neft məhsullarına isə fevralın 5-dən qüvvəyə minəcəyi barədə razılığa gəldilər.