Ağ Ev İsrail və Livan arasında 2024-cü ilin noyabrın 27-də imzalanmış müqavilənin fevralın 18-nə qədər uzadıldığı barədə məlumat verir
İsrail və Livan arasında razılaşmanın müddəti fevralın 18-dək uzadılıb. Bu haqda Ağ Ev tərəfindən yayılmış bəyanatda qeyd olunub.
“İsrail və “Hizbullah” arasında Amerika Birləşmiş Ştatlarının monitorinqini apardığı razılaşma 2025-ci ilin fevralın 18-dək qüvvədə olacaq” – Ağ Evin bəyanatında deyilir.
Xatırladaq ki, 2024-cü ilin noyabrın 27-də tərəflər müqavilə imzalayıblar ki, müqaviləyə əsasən, “Hizbullah” 60 gün ərzində İsrail-Livan sərhəd ərazisini tərk etməli idi, İsrail isə qoşunlarını Livan ərazisindən çıxarmağa borclu idi.