Ağ Ev - İran hərbi gəmisi beynəlxalq sularda təhlükəsiz olduğunu hesab edirdi, lakin belə deyildi
Ağ Ev - İran hərbi gəmisi beynəlxalq sularda təhlükəsiz olduğunu hesab edirdi, lakin belə deyildi

 

İran hərbi gəmisi beynəlxalq sularda təhlükəsiz olduğunu hesab edirdi, lakin belə deyildi – bu haqda Ağ Evin bəyanatında qeyd olunub.

Bununla yanaşı, Ağ Ev İran hərbi gəmisinin alova qərq olduğunu göstərən görüntüləri dərc edir.

“Müharibə Departamenti qələbə üçün mübarizə aparır” – Ağ Ev tərəfindən X-də yayılmış bəyanatda yazılıb.

Məlumat üçün bildirək ki, martın 4-də Şri-Lankanın ərazi sularında Qale şəhəri yaxınlığındakı İranın “Dena” freqatı həyəcan siqnalı yayıb. İran gəmisinə hücum nəticəsində 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb. Şri-Lankanın Müdafiə Nazirliyində İran gəmisinə hansı ölkənin sualtı qayığının hücum etdiyini dəqiqləşdirməyiblər.

ABŞ-nin müharibə katibi Pit Heqset isə Şri-Lanka sahilləri yaxınlığında İran gəmisinin ABŞ sualtı qayığı tərəfindən vurulduğunu bildirir. Heqsetin qeyd etdiyi kimi, Hind okeanında üzən İran freqatına hücum torpedo ilə həyata keçirilib, bu da İkinci Dünya Müharibəsindən bəri sualtı qayığın torpedodan istifadəsinin ilk halı olub.