Ağ Ev Donald Tramp, Vladimer Putin və Si Dzinpinin üçtərəfli görüşünün noyabrın 19-da keçiriləcəyinə dair məlumat verir
ABŞ, Rusiya və Çin prezidentlərinin üçtərəfli görüşü noyabrın 19-da keçiriləcək – bu barədə Ağ Evin mətbuat katibi Oliviya Ueyls jurnalistlərlə söhbəti zamanı açıqlayıb.
“Reuters”in yazdığı kimi, Donald Tramp, Vladimer Putin və Si Dzinpinin görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu çərçivəsində Çinin Şenjen şəhərində keçiriləcək. Bu, ABŞ, Rusiya və Çin prezidentlərinin ilk birgə görüşü olacaq.
Ağ Evin mətbuat katibi, görüş zamanı Donald Trampın nüvə silahı təhlükəsi haqda danışacağını bildirib.
“Prezident aydın şəkildə bəyan edib ki, digər məsələlərlə yanaşı, dünyada nüvə silahının azaldılması məsələsini müzakirə edəcək, çünki Prezident Tramp onun yayılmasını çox təhlükəli hesab edir” – Ueyls qeyd edib.
Bununla yanaşı, anonim mənbənin “Reuters”ə açıqladığı kimi, ABŞ Prezidenti Putin və Si Dzinpinlə görüşdə İrana qarşı müharibə məsələsini müzakirə etməyi planlaşdırır. O, görüşdə Rusiya–Ukrayna müharibəsi məsələsinin qaldırılmasının gözlənilmədiyini bildirib.
“Son dövrlərdə ruslarla çoxlu görüşlərimiz olub, lakin Çin bu istiqamətin bir hissəsi deyil, ona görə də Ukrayna məsələsinin orada müzakirəsini məqsədəuyğun hesab etmirik” – anonim mənbə açıqlayıb.