Ağ Ev Donald Tramp və III Çarlzın "İki kral" başlığı ilə şəklini dərc edib
Ağ Ev Donald Tramp və III Çarlzın "İki kral" başlığı ilə şəklini dərc edib

 

Birləşmiş Krallığın Kralı Çarlzın ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Kral Çarlzın “İki kral” başlığı ilə şəklini dərc edib.

Şəkil Ağ Evin rəsmi “X” səhifəsində dərc edilib.

“Reuters”in yazdığı kimi, bu, Trampın özünü monarx adlandırdığı ilk hadisə deyil. 2025-ci ilin oktyabr ayında Tramp süni intellekt tərəfindən yaradılan və başına tac taxdığı video dərc edib. Elə həmin gün o, süni intellektin yaratdığı daha bir video dərc edib. Videoda tac, kral geyimi və qılıncla bəzədilib, Konqresin Demokrat üzvləri isə onun qarşısında diz çökürlər.