Ağ Ev - Donald Tramp tərəfindən Vaşinqtonda ictimai təhlükəsizliklə bağlı fövqəladə vəziyyət elan edilməsindən sonra polis 23 nəfəri saxlayıb
ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda ictimai təhlükəsizliklə bağlı fövqəladə vəziyyət elan edilməsindən sonra paytaxtda 23 nəfəri saxlayıblar. Bu barədə Ağ Evdə bəyan ediblər.
Bundan başqa, Ağ Evin mətbuat katibi Kerolayn Levit polisin gecə ərzində 6 odlu silahı götürdüyünü deyib.
Levit həbslərin qətl, qanunsuz silah saxlama, narkotiklərin yayılması və gediş haqqının ödənilməməsi kimi müxtəlif səbəblərə görə edildiyini izah edib.
Bununla yanaşı, Ağ Evdə cinayətkarların təqibi və həbsinin növbəti ay ərzində davam edəcəyini izah ediblər.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsi haqda sərəncam verib. Tramp “Vaşinqton Polis Departamentini federal nəzarət altına alacağını” və “Vaşinqtonda qanunu, asayişi və ictimai təhlükəsizliyi bərpa etmək məqsədilə Milli Qvardiyanı yerləşdirəcəyini” bildirib.