Ağ Ev Cei Di Vensin sosial şəbəkə hesabından “Erməni soyqırımı”ndan bəhs edən paylaşımı silib
Ağ Ev vitse-prezident Cei Di Vensin sosial şəbəkə hesabından “Erməni soyqırımı”ndan bəhs edən paylaşımı silib. Bu haqda məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, vitse-prezidentin X-dəki paylaşımında deyilirdi ki, o, “1915-ci ilin Erməni soyqırımı qurbanlarına ehtiram əlaməti” olaraq abidəni ziyarət edib.
Qeyd olunan paylaşım daha sonra Vensin rəsmi hesabından yoxa çıxıb.
Anonim şəkildə mediaya danışan Cei Di Vensin köməkçisi bildirib ki, paylaşım onun Ermənistana səfəri zamanı nümayəndə heyətinin tərkibində olmayan əməkdaşlar tərəfindən səhvən dərc olunub.