Ağ Ev bildirir ki, “Moskvaya hücum” barədə Donald Tramp və Volodimir Zelenski arasında baş tutan söhbət mətbuatda kontekstdən çıxarılaraq yayılıb
Ağ Ev bildirir ki, “Moskvaya hücum” barədə Donald Tramp və Volodimir Zelenski arasında baş tutan söhbət mətbuatda kontekstdən çıxarılaraq yayılıb

Ağ Evin mətbuat katibi Kerolin Livit bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında “Moskvaya hücum” barədə keçirilmiş söhbəti media kontekstdən çıxararaq yayıb.

Livit bu sözlərin kontekstdən çıxarılmış şəkildə yayılmasına görə “Financial Times” nəşrini ittiham edib.

“Prezident Tramp sadəcə suallar verirdi və əlavə qətllərə çağırış etmirdi. O, qətllərin dayandırılması və bu müharibənin başa çatması üçün yorulmadan çalışır”, – deyə Ağ Evin mətbuat katibi vurğulayıb.

Xatırladaq ki, “Financial Times” yazmışdı: Donald Tramp Volodimir Zelenskiyə birbaşa soruşub ki, Ukrayna Moskvaya hücum edə biləcəkmi.

“Volodimir, Moskvaya zərbə endirə bilərsiniz? Bəs Sankt-Peterburqa?” – deyə Tramp soruşub, Ukrayna lideri isə müsbət cavab verib: “Əlbəttə edə bilərik, əgər bizə silah verəcəksinizsə”, – deyə Zelenski Trampa cavab verib.