Ağ Ev – Amerika Birləşmiş Ştatları Rusiyaya kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarına ixracını bərpa etməyə kömək edəcək
This Thursday, Sept. 20, 2012 photo shows the White House in Washington, as President Barack Obama campaigns out of town. Locked in a tight race for re-election, Obama spends much time on the road pitching for votes in battleground states. Even the noisy and disruptive construction on the North Lawn that caused headaches for months has wrapped up. (AP Photo/Susan Walsh)
Amerika Birləşmiş Ştatları Rusiyaya kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarına ixracını bərpa etməyə kömək edəcək, dəniz sığortası xərclərini azaldacaq və bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışı yaxşılaşdıracaq.
Bu barədə Ağ Evin martın 24-də Ər-Riyadda keçirilən görüşdən sonra dərc olunmuş bəyanatında deyilir.
Bundan başqa, Ağ Evin bəyanatında deyilir ki, Amerika Birləşmiş Ştatları və Rusiya enerji və dəniz sazişlərinin həyata keçirilməsini dəstəkləməyə yönəlmiş üçüncü ölkələrin xoş niyyətini təqdir edirlər.
“Amerika Birləşmiş Ştatları davamlı sülh nizamlanmasına nail olmaq üçün zəruri addım kimi prezident Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin hər iki tərəfində qətllərin dayandırılması ilə bağlı imperativini bir daha vurğuladı” – bəyanatda deyilir.
Martın 24-də Ər-Riyadda keçirilən görüşdə Amerika Birləşmiş Ştatları və Rusiya Qara dənizdə atəşkəs və enerji obyektlərinə hücumların qadağan edilməsi barədə də razılaşdılar.