Ağ Ev – ABŞ və Rusiya liderləri sülhə gedən yolun enerji infrastrukturu üzrə atəşkəslə, eləcə də Qara dənizdə atəşkəslə bağlı texniki danışıqlarla başlayacağı barədə razılaşıblar

22:49, 18.03.2025

 

Ağ Evin mətbuat katibi Kerolayn Livit ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimer Putin arasında telefon danışığı ilə bağlı bəyanat yayır.

Bəyanatda qeyd edildiyi kimi, liderlər sülhə gedən yolun enerji və infrastruktur üzrə atəşkəslə, eləcə də Qara dənizdə dənizdə atəşkəslə bağlı texniki danışıqlarla başlayacağı barədə razılaşıblar.

“Bu gün prezident Tramp və Putin Ukraynadakı müharibədə sülhün və atəşkəsin zəruriliyindən danışıblar. Hər iki lider razılaşır ki, bu münaqişə davamlı sülhlə başa çatmalıdır. Onlar həmçinin ABŞ və Rusiya arasında yaxşılaşmış ikitərəfli münasibətlərin zəruriliyini vurğulayıblar. Həm Ukraynanın, həm də Rusiyanın bu müharibəyə xərclədiyi qan və pulu öz xalqlarının ehtiyaclarına xərcləmək daha yaxşı olardı. Bu münaqişə heç vaxt başlamamalı və uzun müddət əvvəl səmimi və vicdanlı sülh səyi ilə bitməli idi.

Liderlər sülhə gedən yolun enerji və infrastruktur sahəsində atəşkəslə, eləcə də Qara dənizdə dənizdə atəşkəs, tam atəşkəs və daimi sülhün bərqərar edilməsi haqqında texniki danışıqlarla başlayacağı barədə razılaşıblar. Bu danışıqlar Yaxın Şərqdə dərhal başlayacaq” – bəyanatda qeyd olunub.

Bəyanata əsasən, liderlər gələcək münaqişələrin qarşısının alınması məqsədilə əməkdaşlıq üçün potensial region kimi Yaxın Şərqdən ətraflı danışıblar.

“Onlar strateji silahların yayılmasının dayandırılmasının zərurətini də müzakirə ediblər və bundan mümkün qədər geniş istifadəni təmin etmək üçün başqaları ilə əməkdaşlıq edəcəklər. Hər iki lider İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşür.
Hər iki lider ABŞ və Rusiya arasında yaxşılaşmış ikitərəfli münasibətlərlə gələcəyin böyük potensialının olması barədə razılaşıb. Bu sülh əldə edildikdən sonra nəhəng iqtisadi razılaşmaları və geosiyasi sabitliyi əhatə edir” – Kerolayn Livitin bəyanatında deyilir.

Oxşar