Ağ Ev ABŞ-nin Yunanıstanda fəaliyyətdə olan səfiri Kimberli Qilfoyldan istefa verməsini tələb edib
Ağ Ev ABŞ-nin Yunanıstanda fəaliyyətdə olan səfiri Kimberli Qilfoyldan istefa verməsini tələb edib. Bu barədə Donald Trampın yeni mətbuat katibi Keyti Zakaria mətbuat konfransında açıqlayıb.
O qeyd edib ki, Ağ Ev səfirdən istefa verməsini mediada müxtəlif məlumatların yayılmasından sonra xahiş edib. Zakaria diplomatın azad edilməsinin konkreti səbəbini açıqlamayıb.
Bununla yanaşı, “Wall Street Journal”ın məlumatına əsasən, Qilfoyl, ehtimal ki, Trampın donorundan mətn mesajı vasitəsilə müəyyən məlumatlara çıxış əldə etmək müqabilində “altırəqəmli məbləğdə” haqqın ödənilməsində köməklik göstərməsini istəyib.
Qilfoyl ittihamları təkzib edib, onun vəkilləri də mətn mesajlarının legitimliyini rədd ediblər. Onların sözlərinə əsasən, donor Erik Deters Qilfoyla konsaltinq xidmətinə görə ödəniş etməli idi.
Məlumat üçün bildirək ki, Qilfoyl bir vaxtlar Trampın böyük oğlu kiçik Donald Tramp ilə nişanlı olub, lakin cütlük bir neçə il əvvəl ayrılıb.
Səfir vəzifəsindən əvvəl Qilfoyl uzun müddət “Fox News”un aparıcısı və Donald Trampın tərəfdarı olub.