Ağ Ev – ABŞ-da hakimiyyətin ötürülməsi prosesi dinc yolla keçəcək, Co Bayden prezidentin andiçmə mərasimində iştirak edəcək
Ağ Evdə ABŞ Prezidenti Co Baydenin seçkilərdə hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, andiçmə mərasimində iştirak etməyi planlaşdırdığını bildiriblər.
Bu haqda Ağ Evin mətbuat katibi Karin Jan-Pier deyib.
O, hakimiyyətin ötürülməsi prosesinin dinc yolla keçəcəyini bildirib.
“Prezident hakimiyyətin dinc yolla ötürülməsinə inanır və siz onun bunu necə edəcəyini görəcəksiniz” – Karin Jan-Pier deyib.
Ağ Evin nümayəndəsi qeyd edib ki, sabiq (sələfi) prezidentlər mütəmadi olaraq öz varislərinin andiçmə mərasimində iştirak edirlər.
“Bayden, əlbəttə, bu prosesdə iştirak edəcək” – Jan-Pier qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin yanvarında Co Baydenin andiçmə mərasimində onun sələfi Donald Tramp iştirak etmirdi. Tramp andiçmə mərasimindən əvvəl Ağ Evi tərk etdi.