Ağ Ev Ər-Riyadda ABŞ-Ukrayna danışıqları ilə bağlı daha bir bəyanat yayır

21:56, 25.03.2025

 
Ağ Ev ABŞ və Ukraynanın Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmadan bəhs edən daha bir bəyanat yayır.

Bəyanatda oxuyuruq: “Amerika Birləşmiş Ştatları və Ukrayna təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması barədə razılığa gəliblər.

Həmçinin, bəyanatda deyilir ki, Amerika Birləşmiş Ştatları hərbi əsirlərin mübadiləsi, mülki məhbusların azad edilməsi və zorla köçürülən ukraynalı uşaqların geri qaytarılmasına yardım etməyə hazırdır.

“Amerika Birləşmiş Ştatları və Ukrayna prezident Tramp və prezident Zelenski arasında Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələrin endirilməsini qadağan edən razılaşmanın həyata keçirilməsi üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər” – Ağ Evin bəyanatında qeyd olunub.

Oxşar