Afinanın mərkəzində sosial təminat ofisində və məhkəmə binasında silahlı şəxs atəş açıb, bir neçə nəfər xəsarət alıb
Afinanın mərkəzində sosial təminat ofisində və məhkəmə binasında silahlı şəxs atəş açıb, nəticədə bir neçə nəfər xəsarət alıb – bu barədə məlumatı “Associated Press” yunan rəsmi şəxslərə istinadən yayır.
Polisin məlumatına əsasən, ov tüfəngi ilə silahlanmış kişi əvvəlcə sosial təminat ofisində atəş açıb və bir əməkdaşa xəsarət yetirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaralı kişiyə tibbi yardım göstəriblər, hadisə yerindən qaçan şübhəlini isə saxlaya bilməyiblər.
Yerli polisin məlumatına əsasən, eyni kişi daha sonra Afinanın mərkəzində yerləşən məhkəmə binasının birinci mərtəbəsində atəş açıb, nəticədə ən azı üç nəfər xəsarət alıb.
Atışmanın səbəbi hələlik bilinmir.